14 iyun 2014 - 13:48
Maliki Samirrada İmamların hərəmini ziyarət edib

İraqın Baş naziri Nuru Əl Maliki ordunun vəziyyətini yaxından izləmək üçün Samirraya gedib. İmam Əliyyən Nəqi (ə.s) və Həsən Əsgəri (ə.s)-ın hərəmlərini ziyarət edən Maliki, məsul şəxslərlə son vəziyyətləri qiymətləndirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraqın Baş naziri Nuru Əl Maliki ordunun vəziyyətini yaxından izləmək üçün Samirraya gedib. İmam Əliyyən Nəqi (ə.s) və Həsən Əsgəri (ə.s)-ın hərəmlərini ziyarət edən Maliki, məsul şəxslərlə son vəziyyətləri qiymətləndirib.

Həmçinin İraq ordusu xalqın dəstəyi ilə Salahattinin "Duluiyyə" qəsəbəsini terroristlərin əlindən qurtardıqdan sonra mühasirədə olan neft şəhəri "Bici"yə tərəf hərəkət edib.

Salahattin qubernatoru Əhməd Abdullah əl-Cuburi Malikinin könüllü xalq briqadası ilə birlikdə Salahattinə gəldiyini və inkişafları yerində araşdırdığını söyləyib.

Cenubnews.com

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər