14 iyun 2014 - 13:35
"Bütün xalqımızı qoruyacağıq"

İraq Ali İslam Məcslisi Şurasının sədri Əmmar Həkim orduya qoşulan iraqlı könüllülərin qarşısında çıxış edib:

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İraq Ali İslam Məcslisi Şurasının sədri Əmmar Həkim orduya qoşulan iraqlı könüllülərin qarşısında çıxış edib:Bütün İraq xalqını qorumaq vəzifəmizdir. Biz şiə-sünnü, müsəlman-xristian irqçiliyi etməyəcəyik. Bütün xalqımızı qoruyacağıq. Hər kəs yaxşı bilsin ki, İraqda fərqli etnik qruplar keçmişdə olduğu kimi yan-yana birlikdə yaşayacaq. Hər kəsin haqq və hüququna hörmət edilən bir ölkə istəyirik.

Heç kəs keçmişdəki diktatorluğun həvəsinə düşməsin. İŞİD terrorçularına bu ölkədə manevr etməyə imkan verməyəcəyik. İraqı İŞİD üçün məzarlığa çevirəcəyik."

Qeyd edək ki, Əmmar Həkim özü "əl-Əql" adlı könüllü briqada yaradıb.

islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər