30 may 2014 - 03:43
İŞİD Suriyada qadın və uşaqları qətlə yetirdi

"İraq Şam İslam Dövləti" adlı terrorçu qruplaşması Suriyanın Sərakeniyə bölgəsində yeni qətliam törədib kürdlərin yaşadığı bölgədə İŞİD tərəfindən törədilən cinayətdə mülkü vətəndaşlar ölüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

"İraq Şam İslam Dövləti" adlı terrorçu qruplaşması Suriyanın Sərakeniyə bölgəsində yeni qətliam törədib

kürdlərin yaşadığı bölgədə İŞİD tərəfindən törədilən cinayətdə mülkü vətəndaşlar ölüb.

ANF müxbirinin Suriyadan verdiyi məlumatda bildirilir ki, İŞİD Sərakeniyə bölgəsinin Tileliyə, Təmadə, Ovencaq kəndlərinə etdiyi hücumda qadın və uşaqlar olmaqla onlarla mülkü vətəndaş həyatını itirib.

Ölənlərin sayı dəqiq bilinməsədə, hücum zamanı qadın və uşaqların ölməsi xəbəri dəqiqdir.

Həmçinin, İŞİD kamikadze terrorçusunun partlayıcı qurğu ilə dolu maşını partlatması nəticəsində də, onlarla mülkü vətəndaş dünyasını dəyişib.

Türkiyənin "Cihan" xəbər ahentliyi bu arada İŞİD-ın Türkiyə sərhəddində də qətliam törətməsilə bağlı xəbər yayıb.

Hadisənin Rasuleyndə baş verdiyi bildirilir.

İslamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər