Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Səudiyyə Ərəbistanının kralı Abdullah ibni Əbdul Əziz Əl Səud Gürcüstanın sabiq prezidentinə səhvən prezidentə ünvanlanan təbrik məktubu göndərib
Ərəbistanının kralı Abdulla ibni Əbdul Əziz Əl Səud Gürcüstanın sabiq prezidenti Mixayil Saakaşviliyə səhvən Gürcüstanın müstəqilliyi münasibətilə təbrik məktubu göndərib.
Bu məlumatı Səudiyyənin dövlət agentliyi yayıb.
Məlumatda deyilir: "Səudiyyə Ərəbistanının kralı Abdulla ibni Əbdul Əziz Əl Səud Gürcüstan prezidenti Mixayil Saakaşvilini Gürcüstanın müstəqillik bayramı nünasibətilə təbrik edir. Kral prezidentə can sağlığı, xoşbəxtlik və vətəninin xeyri üçün fəaliyyətində uğurlar arzu edir."
İslamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır