Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçicilərin 55 faizi seçkilərə qatılıb.Ukraynanın yeni prezidenti məlum olub. "Exit-poll"un nəticələri açıqlanıb.
Nəticələrə görə, səsverməyə gələnlərin 57 faizi namizəd Pyotr Poroşenkoya, 12 faiz isə Yuliya Timoşenkoya səs verib. Üçüncü yerdə isə Oleq İlyaşkodur. Ona 8 faiz seçici etimad göstərib. Yəni birinci turda seçkinin tamamlanacağı ehtimal edilir.
Seçkidə isə ən yüksək nəticə Lvovda müşahidə edilib. Seçicilərin 63 faizi səsvermə hüququndan istifadə edib. Ukrayna Mərkəzi Seçki Komissiyasının verdiyi xəbərə görə, seçki ölkənin bütün şəhərlərində keçirilib. Luqansk və Donetsk vilayətlərində də seçki baş tutub.
Axar.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır