Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Obama bu sözlərlə Morninqstarın dediyi sözə görə başlanan narazılığı səngitdi”.
Bu sözləri politoloq İlqar Vəlizadə ABŞ Prezidenti Barak Obamanın 28 May - Respublika Günü münasibəti ilə təbrikində “Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq” ifadəsinə münasibət bildirərkən dedi.
Onun sözlərinə görə, bu, ABŞ-ın ənənəvi dəst-xəttidir: “Bayram təbriklərində adətən ABŞ və Avropa ölkələrinin 1-ci şəxsləri bu və ya digər şəkildə demokratiya, insan haqları məsələsinə toxunurlar. Amma ABŞ Prezidenti Barak Obamanın təbrik məktubunda toxunduğu bu məsələyə ümumi kontekstdən yanaşmaq lazımdır. ABŞ-ın Azərbaycandakı rəsmi nümayəndəsi Morninqstarın son çıxışları, AŞPA Baş katibinin insan haqları sahəsindəki iradları nəzərə alınaraq bu sözlərin məktubda əksini tapması ilk baxışda siyasi motiv kimi görünür”.
Politoloq bildirdi ki, bu məktubda siyasi motivlər olsa da, təzyiq vasitəsi kimi baxıla bilməz:
“Burda “Biz Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırırıq” ifadəsinə təzyiq vasitəsi kimi baxıla bilməz. Bu çıxış bir növ Avropa və ABŞ-ın ənənəvi müraciəti sayılır. Ona görə də burda siyasi təzyiq motivi yoxdur, əksinə, diplomatik bir jest var”.
Xatırladaq ki, Obama təbrik məktubunda iki ölkə arasında təhlükəsizlik, iqtisadi, hərbi sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsində liderlik rolunu öz üzərinə götürməyə çağırıb.
Azərbaycanın Müstəqillik Gününə 6 gün qalmış ABŞ prezidentinin təbrik məktubu göndərməsi və ölkəmizin Müstəqillik Gününü təbrik edən ilk ölkə başçısı kimi yer almasını isə bəzi politoloqlar hakimiyyətə qarşı bir jest, səfir Morninqstarın açıqlamasından sonra yaranan narazılığı aradan qaldırma gedişi kimi dəyərləndirirlər.
Axar.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır