Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası xarici işlər nazirliyinin siyasi tədqiqat mərkəzinin baş müdiri bu ölkə düşmənlərinin islamofobiya siyasətlərinin əleyhinə mübarizənin aparılmasını vacib sayıb.
İRNA xəbər verir : Mustafa Zəhrani bu gün Qumda " islam dövlətinin xarici siyasəti , təfəkkür və mötədillik prinsipi " mövzusunda keçirilən tədbir çərçivəsində düşmənlərin iranofobiya siyasətinin alt-üst edilməsinin zəruriliyinə işarə edərək deyib : Düşmənlər dünya miqyasında İranın simasını korlaşdırmaq barədə düşünürlər. Onlar İranı bəşəriyyət ictimaiyyətinə qarşı təhlükəli göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Bu üzdən sözün əsl mənasında uğurlu bir diplomasiya düşmənlərin bu məkirli planını alt-üst etməlidir.
Bu İran rəsmisi çıxışının digər bir hissəsində bəyan edib : İranın xarici siyasəti artıq İranın hərtərəfli şəkildə inkişaf etməsinə kömək etməyə köklənməlidir və bu siyasət ən cüzi xərclərlə belə İİR quruluşunun müqəddəs amallarını yerinə yetirməlidir.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır