Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,hökumət əleyhinə təxminən 6 ay davam edən etirazlardan sonra, Tayland ordusu çevriliş etmək qərarı alıb.Tayland dövlət televiziyasında çıxış edən Baş Qərargah rəisi Prayut Chan-Ocha ölkədəki siyasi böhranın həll edilməsi üçün çevriliş etdiklərini elan edib.
"Ölkədə siyasi vəziyyətin tezliklə normallaşması üçün ordunun qurduğu Milli Sülh Komitəsi 22 may 16:30-dan etibarən hökuməti ələ alıb. Bu vəziyyət beynəlxalq əlaqələrə təsir etməyəcək" - deyə ordu rəsmisi qeyd edib.
Etirazlarda bu günə kimi 28 nəfər ölüb və 700 nəfər yaralanıb.
1932-ci ildən parlamentar monarxiyaya keçid edən Taylandda bununla 19-cu dəfədir ki, çevriliş olub.
İslamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır