Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Məhkəmə tibbi ekspertizasının həkimlərinin əməli Norveç mediasının gündəmindədir
Norveçdə məhkəmə tibbi ekspertizasının həkimləri ilə bağlı skandal yaşanıb.
Nörveçin yüksək tirajlı "VG" qəzeti araşdırma apararaq, son 30 il ərzində 0-3 yaş arası 700 uşağın beyinlərinin ailəsindən icazəsiz götürüldüyünü üzə çıxarıb.
İddiaya cavab verən məhkəmə tibbi ekspertizasının həkimlərinin açıqlamaları isə daha da qəribə olub. Onlar bildiriblər ki, ailələrindən icazə istəsəydik, onlar üçün üzücü olardı.
Həmin qrupun rəhbəri Torleiv Ole Rognum "Uşaqları ölən ailələrin ağlamalarını eşitsəydiniz, bizi yaxşı anlayardınız. Layihəyə başladığımız gündən 3 uşaq üzərində araşdırma aparmışıq. Mən vaxtımı və gücümü uşaqların ölüm səbəblərini araşdırmaqla keçirdim. Ailələrindən icazə alınmayan uşaqlar gözlənilmədən ölən uşaqlardır." - deyib.
Mövzu ilə əlaqədər istintaq başladıla bilər.
islamazeri.az
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır