Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İslam İnqilabının Böyük Rəhbəri təkidlə bildiriblər: İran xalqının, dünyanı hegemonçuların hökmranlığı və istilanı qəbul edənlərə bölüşdürməyin qarşısında dayanması Amerikanı qəzəbləndirib.
Həzrət Ayətullah Əl-üzma Xamenei çərşənbə günü 21 may İmam Hüseyn (ə) universitetinin hərbi akademiyasının məzunluq mərasimində buyurublar: Hegemonçular cəbhəsi İran xalqının inkişaf etməsindən çox qəzəblənib. Və biz onların cavabında şəhid Beheştinin məşhur sözünü təkrarlayırıq ki "qəzəbdən ölün".
İnqilab Rəhbəri zorakılıqların İran xalqına qarşı nüvə və insan haqları kimi məsələləri irəli sürmələrinin təkcə bəhanə olduğunu xatırladaraq vurğulayıblar: Onlar bu bəhanələr və təzyiqlərlə İran xalqının hegemonçular qarşısında diz çökməsini istəyirlər amma mütləq belə olmayacaq.
Həzrət Ayətullah Əl-üzma Xamenei təkidlə bildiriblər: İran xalqı müxtəlif meydanlarda öz potensiallarını nümayiş etdirib və sübut edib ki, ABŞ-a arxalanmadan elmi və sosial nailiyyətlər əldə edib beynəlxalq nüfuzunu artırmışdır.
O həzrət hegemonçuların universal medialar kompaniyası ilə İran xalqının uğurlarını ört basdır etmələrinə işarə edərək bildiriblər: Bütün bu cəhdlərə rəğmən hazırda dünya xalqlarının bir çoxu İran xalqına etimad edir.
İnqilab Rəhbəri dünya ictimaiyyəti sözündən İİR qarşısında istifadə edilməsini tənqid edərək əlavə ediblər: Əslində onlar dünya ictimaiyyəti deyil bəlkə sionistlərə tabe olan kompaniyaların nüfuzu altında olan bir neçə hegemonçu hökumətlərdilər.
Böyük İnqilab Rəhbəri buyurmuşlar: Dünya ictimaiyyəti super güclərin təzyiqinə görə zorakılıqlarla müxalifət edə bilməyən məzlum xalqlar və hökumətlərdirlər.
İslam İnqilabının Böyük Rəhbəri bəşəriyyətin yeganə xilas yolu olan İslam dini barədə söz açıb və bildirmişlər Mömin və sadiq gənclər İranın taleyini təyin edənlər və "yeni İslam sivilizasiyasının" təməllərini quranlardırlar.
Tehran Radiosu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır