21 may 2014 - 02:26
Ruhani Çinə səfər edib

İran İslam Respublikası prezidenti Asiyada qarşılıqlı anlaşma və etimadın yaradılması konfransı “SİKA”nın sammitində iştirak etmək üçün Şanxaya səfər edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İran İslam Respublikası prezidenti Asiyada qarşılıqlı anlaşma və etimadın yaradılması konfransı “SİKA”nın sammitində iştirak etmək üçün Şanxaya səfər edib.

Həsən Ruhani Çinə səfər etməzdən öncə deyib: İranın “SİKA”nın sammitində iştirak etməsi regionun sülh və sabitliyi üçün mühümdür.

İRNA-nın məlumatına görə, Həsən Ruhani “SİKA”nın dördüncü sammitində çıxış edəcək əsas iştirakçılardandır. “SİKA” sammiti sabah səhər və günortadan sonra Şanxayda keçiriləcək.

Ruhani “SİKA”nın dördüncü sammitinin kənarında, sammitdə iştirak edəcək bir sıra dövlət başçıları ilə ikitərəfli görüşlər də həyata keçirəcək.

Tehran Radiosu

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər