Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqda “təkfirçi” ünsürlərə qarşı əməliyyatlar davam edir.
İraq Təhlükəsizlik Nazirliyində fəaliyyət göstərən rəsmilərin bildirdiyinə görə, İraq Milli Ordusunun mühasirəsi altında olan Fəllucə şəhərindəki təkfirçilərdən 14 nəfəri arvad libası geyinərək şəhərdən qaçmaq fikrində olublar. Lakin İraq Təhlükəsizlik Qüvvələrinin tədbirləri nəticəsində yaraqılar yaxalanaraq həbs ediliblər.
Fəllucənin Nicat Şurası bu haqda məlumat verərək bildirib: “Azğın “İŞİD” qruplaşmasının 14 ünsürü qadın onu geyinərək döyüş meydanından fərar etdikləri halda Həyyul Zəbt məntəqəsində ələ keçiblər.”
Qeyd olunan məlumata əsasən Fəllucənin Nicat Şurasının üzvü Əbdüs Səlam əl-Cəmili bildirib: “Bu günlərdə qondarma “İŞİD” yaraqlı ünsürləri sıralarında olanlar arasında arvad libaslarını geyinib qaççmaq istəyənlər çoxdur.”
Cəmili deyib: “Arvad kimi qaçarkən ələ keçən ünsürlərdən biri Fəllucə şəhərindəki 4 yaşayış mənzilinə bomba qurğusu quraşdıraraq terror aktını törətmiş Əbu Usamə əl-Mosulidir.”
Xatırladaq ki, İraq Milli Ordusu əl-Ənbar və Fəllucə şəhərlərində yaşayan köçəri tayfalar və yerli qəbilələr ilə əl-ələ verərək bir müddətdir ki, terrorçulara qarşı, xüsusi ilə də qondarma “İraq və Şam İslam Dövləti” adlı “təkfirçi” ünsürlərə qarşı geniş əməliyyatlara keçiblər. Eyni anti-sələfi əməliyyatlar təkcə ölkənin Fəllucə və əl-Ənbar şəhərlərində deyil digər rayonlarında da müvəffəqiyyətlə həyata keçirilir.
Məlumatlara görə, əl-Ənbar rayonu ilə Fəllucə şəhərinin digər şəhərlərdən fərqləndirən budur ki, yaraqlılar Fəllucə və əl-Ənbar şəhərlərinin yaşayış məntəqələrində gizlənərək xətər hiss etdikləri sürətdə günahsız vətəndaşlardan müdafiə aləti ünvanında istifadə edirlər. Buna görə də İraq Silahlı Qüvvələri bu asanlıqla “vəhhabiləri” qeyd olunan məntəqələrdən təmizləməyə qadir deyillər.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır