15 may 2014 - 04:39
"Hizbullah" əsgərləri Livana daxil olan "Nusra" terrorçularını məhv etdi

Suriyadan "Nusra cəbhəsi" terrorçu qruplaşmasının 40 döyüşçüsü Livana daxil olub.Suriyadan Livan ərazisinə keçən kimi kəşfiyyatçılar məlumatı "Hizbullah"a ötürüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Suriyadan "Nusra cəbhəsi" terrorçu qruplaşmasının 40 döyüşçüsü Livana daxil olub.Suriyadan Livan ərazisinə keçən kimi kəşfiyyatçılar məlumatı "Hizbullah"a ötürüb.Avtomobillərə quraşdırılmış pulemyotlar, tam silahlı olan terrorçular Livanın ərazisində "Hizbullah" tərəfindən saxlanılır və

silahlı qarşıdurma baş verir. Nəticədə Livan "Hizbullah"ı qruplaşmanın bütün üzvlərini məhv edir.

Hadisənin bir həftə əvvəl baş verdiyi və bu ərazinin əhalisinin bu faktı təsdiqlədiyi önə çəkilir.

Bu xəbər ilk dəfə Livanın "Al-Hadath News" portalı tərəfindən yayımlanıb.

Islamazeri.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər