12 may 2014 - 01:25
ABŞ-ın İrana qarşı yeni oyunbazlığı

Amerika konqresi İrana qarşı düşməncəsinə olan siyasətlərinin davamında Fars Körfəzi ibarəsinin yerinə saxta bir sözdən istifadə edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Amerika konqresi İrana qarşı düşməncəsinə olan siyasətlərinin davamında Fars Körfəzi ibarəsinin yerinə saxta bir sözdən istifadə edib.Fars xəbər agentliyinin məlumatına görə, Amerika konqresi İrana qarşı hərbi təzyiqlərini şiddətləndirmək məqsədilə anti-İran mövqeyinin davamında tarixi Fars Körfəzi ibarəsinin yerinə " Ərəb Körfəzi " ibarəsini işlədib.

" Free Beacon " internet xəbər saytının yazdığına görə, Amerika konqresinin həmin yeni layihəsi , bu hegemonçu dövlətə Fars körfəzində öz hərbi fəaliyyətini genişləndirməyə imkan verir. Əslində ABŞ konqresi iddia edir ki, regionda Amerika və müttəfiqlərinə qarşı İranın təhdidlərini önləmək məqsədilə Fars körfəzində hərbi fəaliyyətini genişləndirmək istəyir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tehran Radiosu

Etiketlər