Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü İranla olacaq nüvə müzakirələrinin möhkəm müzakirələr olacağını bildirərək, proqnoz edilmiş zaman içərisində bu haqda razılığa çatmaq haqda nikbinliyini ifadə etdi.
Fars Xəbər Agentliyinin verdiyi məlumata görə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şefer deyib: Gələn həftə Vyanada İranla nüvə anlaşmasının ilkin mətni haqda olacaq nüvə müzakirələri qətiyyətli müzakirə olacaqdır. Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü proqnoz edilmiş 20 iyul tarixinə qədər İranla nüvə anlaşmasının əldə edilməsi haqda nikbin olduğunu bildirərək deyib: Ötən aylarda o cümlədən Nyu-Yorkdakı son nüvə müzakirələri zamanı bu haqda müsbət addımlar atılıb ki, beləliklə İranla diplomatik və siyasi həll yollarına çatmaq olar.
İranla 5+1 qrupu arasındakı yeni dövr müzakirələr mayın 13-dən Avstriya paytaxtı Vyanada keçiriləcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
Tehran Radiosu