Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Almaniya kansleri Angela Merkelin Barak Obama ilə görüşündən sonra Ag ev administrasiyası Rusiyaya qarşı yeni bəyanatla çıxış edib.
Bəyanata göstərilir ki, rəsmi Moskva mayin 25-də Ukraynada prezident seçkilərinin keçirilməsinə mane olarsa, müttəfiqlər Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək. Obama Merkellə birgə keçirdiyi mətbuat konfransında bu fikri təsdiqləyib. Hazırda Avrokomissiya Ağ evin göstərişlərini yerinə yetirir. Sanksiyaların 3-cü mərhələsi üzərində işlənilir. Kreml sahibi qarşılıqlı iqtisadi müharibəyə başlamaq haqda fikirlərə baxmayaraq, hələlik özünü soyuqqanlı aparır. Hər iki tərəf Rusiya iqtisadiyyatına dəyəcək ziyanların təxmini hesablamasını aparır.
Xatırladaq ki, Qərbin iqtisadi sanksiyalarının ən böyük nümunəsi bu vaxta qədər İran olub.
Sanksiyalar “qulaq burma” alətidir
İranla münasibətlərdə Vaşinqtonun ən əsas düşmənçilik dəlili hələ də davam etdirilən sanksiyalardır. İqtisadi sanksiyaların diopozonu çox genişdir. Bu, yüksək texnologiyalar ixracından tutmuş neft embarqosuna və beynəlxalq hesabların bloklaşdırılmasına qədər ən müxtəlif sahələri əhatə edib. Hal-hazırda İrana qarşı, bir çox paramertlərdə Avropa Birliyi tərəfindən dəstəklənən BMT Təhlükəsizlik Şirasının 4 sanksiya qətnaməsi və çoxsaylı ABŞ sanksiyaları tətbiq edilir. Rusiya BMT Təhlükəsizlik Şurasının qəbul etdiyindən başqa, bütün sanksiyaları həmişə qeyri-qanuni hesab edib. Bununla belə, ABŞ administrasiyasının fikrincə, İran rəhbərliyi nüvə müqaviləsinə iqtisadi sanksiyaların təzyiqi nəticəsində razı olub. ABŞ prezidenti bu məsələ ilə bağlı qururla bildirib ki, biz İrana neft satışından mənfəət əldə etmək imkanlarını bağlayaraq iqtisadi sahədə misli görünməmiş sanksiyalar tətbiq etdik. Bu müddət ərzində İran iqtisadiyyatı potensial gücünü 50% itirdi: “Gələcəkdə İranın özünü necə apamasından çox şey asılıdır. Lakin iranlılar yenidən imtahan olunmalıdır. ”İranın nüvə proqramı danışıqlarında uğurlu irəliləyişlərinə baxmayaraq, Tehranın yeni diplomatiyasını “sındırmaqla” yoxlamaq dadı Ağ evin damağında qalıb.
İran rəhbərliyinin 6-lıq ölkələri ilə danışıqlarda öz nüvə dosyesini bağlamaq arzusunda olduğu halda, ABŞ maliyyə naziri İran şirkətləri və fiziki şəxslərinə qarşı yeni cəza tədbirləri tətbiq edir. Tehrana iqtisadi təzyiqin əsas parametrləri toxunulmaz qalır. ABŞ əvvəlki kimi İranın neft idxalına embarqo tətbiqi üçün çalışır. ABŞ sahibkarlarının İran neft sektorunun biznesinə qadağası hələ də qüvvədədir. Buna neftdaşıma və sığorta şirkətləri də daxildir. Vaşinqtonun müttəfiqləri üçün İran Mərkəzi Bankının bütün şöbələrinə, qiymətli kağızlar və qızıl da daxil olmaqla, hər hansı maliyyə əməliyyatları reallaşdırmaq üçün maneələr aradan qaldırılmır.
Göründüyü kimi, faktiki olaraq BMT Təhlükəsizlik Şurasının razılığı olmadan ABŞ və AB ölkələrinin İrana qarşı bütün sərt kommersiya və iqtisadi-maliyyə sanksiyaları öz qüvvəsində qalır. Nüvə problemi üzrə danışıqlar zamanı İranın təkliflərinə Obamanın şəxsi cavab planı var. Onun qəti qərarına görə, ABŞ-ın güzəştləri sanksiyalara zərər gətirməməlidir. Çünki bunsuz ABŞ xarici siyasətinin irəliləməsi mümkün deyil.
Şübhə etmədən demək olar ki, İslam İnqilabı yaranan gündən, yəni Ağ evin əlindən İran çıxandan sonra, Tehrana qarşı sanksiyalar bir gün də olsa səngiməyib. İran İslam hakimiyyətinə iqtisadi təzyiqlər, inkişafına mane olan qadağalar və məhdudiyyətlərə baxmayaraq, ölkə regional liderlərdən olmağı bacardı. Lakin əgər sanksiyalar olmasaydı, hazırda İİR-nin hərbi və iqtisadi gücünün necə böyük olacağını təsəvvür etmək çətin olmazdı. Həmçinin, Avropalı müttəfiqlərini Rusiyaya qarşı iqtisadi müharibəni dəstəkləməyə məcbur edən Amerikanın əsas məqsədi bu ölkəni strateji cəhətdən zəiflətməkdir. Moskvanın buna heç bir şübhəsi olmamalıdır.
Ukrayna sanksiyalar üçün bir bəhanədir
Ukraynadakı məğlubiyyətinə susan amerikalılar, öz sərhədlərini möhkəm saxlamaqla ABŞ strategiyasının qarşısını alan Rusiyanı hər cür qarşıdurma variantlarından istifadə etməklə, tədric etməyə çalışır. Vaşinqton İrana qarşı da həmişə eyni üsullardan istifadə edib. İran nüvə proqramı hələ də ABŞ-ın beynəlxalq ictimai fikri azdırmaqla öz tərəfinə çəkməsi üçün əsas vasitə obyektidir. İran haqda yalan və isteriya Qərb mediasında adi hala çevrilib. Amerikalılar İran rəhbərliyi ilə tərəfdaş kimi yox, sözəbaxan marianetlər kimi danışmaq fikrindədir.
Ukraynada hazırda buna nail olublar. Vaşinqton orada hətta öz xalqı ilə müharibəyə hazır olan xunta hakimiyyəti formalaşdırıb. Ukraynadakı qanlı cinayətlərdə yüzlərlə insanın ölməsi və yaralanması, hakim rejimə qarşı çıxan insanların həbsxanalara atılması burada insan haqlarından danışmağın mənasız olduğunu göstərir. Bütün bunlar Amerika ssenarisi ilə baş verir. ABŞ İranda bunların heç birini edə bilmədi. Hazırda inqilabdan sonrakı İİR bir çox paramertlərdə-siyasi, hərbi, təhlükəsizlik nöqteyi-nəzərindən- beynəlxalq əhəmiyyətə malik mövqeyi ilə Yaxın Şərqdə güclü dövlətə çevrilib. İran təzyiqlərə qarşı möhkəm dayandı, ölkəni sındırmaq və təcrid etmək mümkün olmadı. Bunun özü göstərdi ki, ABŞ və onun müttəfiqləri öz güclərinə arxalanmaqda ciddi səhv ediblər.
“Böyük səkkizliyin” Rusiyadan imtina etməsi ilə Moskvanın beynəlxalq təcrid olunması haqda şüarlar səsləndirildi. Amerikalılar bu saxta tezisi BMT Baş Assambleyasında səsvermə zamanı qəbul etdirməyə çalışırdı. Lakin bu da, alınmadı. İranla yanaşı çoxsaylı digər ölkələr də Moskvanı qınamaqdan imtina etdi. Bu fakti nəzərə alan Rusiya xariçi işlər naziri Sergey Lavrov Vaşinqtona xatırladaraq dedi:
”Təcridetmə-bizim qərbi partnyorlarımızın uydurduğu termindir.Onlar bununla nostalji neo-imperiya ambisiyalarını həyata keçirmək istəyir. Onların istəyi alınmayanda isə o dəqiqə sanksiyalar “dəyənəyi” ələ alınır. Lakin bunun vaxtı çoxdan keçib
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
İslaminsesi.az