Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün Azərbaycan İslam Partiyasının ŞƏRLƏNƏRƏK həbsə salınmış lideri Doktor Mövsüm Səmədov işğalçı sionist rejimin qeyrileqal xarici işlər nazirliyinin Azərbaycan Respublikasına səfər etməsi ilə bağlı cəzaçəkmə müəssisəsi daxilindən bəyanat vermişdir. Bu gün isə Azərbaycan İslam Partiyası Partiyanın möhtərəm liderinin bəyanatını dəstəkləyən bildiriş yayımlayıb.
Bildirişdə deyilir:
Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Hacı Mövsüm Səmədov həmişəki kimi zamanında və qəti şəkildə mövqe sərgiləyib.
Belə ki, İsrailin xarici işlər naziri Aviqdor Libermanın aprelin 30-da Azərbaycana səfəri AİP sədri tərəfindən etirazla qarşılanıb. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən qəbul edilən Liberman Azərbaycanda özünü öz evindəki kimi hiss etdiyini bildirir. Bəli, dünyada müsəlman qatilləri sırasında yer almış bu cinayətkar Azərbaycanı özünə çox yaxın dost hesab etdiyini dilə gətirib.
Hacı Mövsüm Səmədov bu səfərə etiraz edərək rəsmi bəyanatında deyir: “Vətənimizin 20 faizdən çox torpaqlarının və 10 mindən çox ana-bacılarımızın xəbis və cinəyatkar ermənilərin əlində əsir olması ona görə deyil ki, bizim qeyrətli və mərd oğullarımız yoxdur. Bəlkə bütün bu müsibətlərin səbəbi ondan ibarətdir ki, bizim dövlət başçılarımız dostu ilə düşməni tanımır və düşməni ilə dostluq edir. Bəşəriyyətin düşməni olan sionizmə etiraz hər bir müsəlmana vacib və fərzdir."
Azərbaycan İslam Partiyası həbsdə olan AİP sədrinin mövqeyini dəstəkləyir, təşkilat rəhbərliyi adından həmrəylik bəyanatı verərək işğalçı rejim rəsmisinin işğala məruz qalmış Azərbaycana səfərini pisləyir.
P.S: Qeyd edək ki, Hacı Mövsüm Səmədovun verdiyi bəyanatın tam mətni belədir:
"Sionist rejiminin cinayətkar xarici işlər nazirinin müqəddəs vətənimizə gəlməsi qəbul olunmazdır. Biz hamımız birmənalı olaraq, bilməliyik ki, hər Azərbaycan ailəsinin maddi gərginliklər içində həyat sürməsi ona görə deyil ki, biz lazım olan iqtisadi resurslara malik deyilik və yaxud günbəgün cavanlarımızın fəsada çəkilməsi ondan irəli gəlmir ki, bizim hidayət edən müqəddəs kitabımız və Hüseyn İbn Əli kimi rəhbərlərimiz yoxdur. Vətənimizin 20 faizdən çox torpaqlarının və 10 mindən çox ana-bacılarımızın xəbis və cinəyatkar ermənilərin əlində əsir olması ona görə deyil ki, bizim qeyrətli və mərd oğullarımız yoxdur. Bəlkə bütün bu müsibətlərin səbəbi ondan ibarətdir ki, bizim dövlət başçılarımız dostu ilə düşməni tanımır və düşməni ilə dostluq edir. Bəşəriyyətin düşməni olan sionizmə etiraz hər bir müsəlmana vacib və fərzdir."
ABNA- Xəbər Agentliyi Azərbaycan KİV-ə istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır