4 may 2014 - 06:11
Bzejinski Obamanı Ukraynanı silahlandırmağa çağırdı

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, dünyaca tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski prezident Barak Obamanı Ukraynanı silahlarla, o cümlədən şəhər mühitində döyüşlər üçün minaatanlarla təmin eləməyə çağırıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,

   ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi, dünyaca tanınmış politoloq və sovetoloq Zbiqnev Bzejinski prezident Barak Obamanı Ukraynanı silahlarla, o cümlədən şəhər mühitində döyüşlər üçün minaatanlarla təmin eləməyə çağırıb.   

Politoloq “Politiko” qəzetindəki məqaləsində yazıb: “Ukraynalılar döyüşəcəklər, əgər bilsələr ki, son nəticədə Qərbdən öz şəhərlərinin müdafiəsi üçün zəruri hərbi-texniki kömək alacaqlar”.  

Bzejinski bir daha Rusiyanın Ukraynaya təhlükə olduğunu vurğulayıb və qeyd edib ki, ukraynalıların qələbəsini məhz onlara silah verilməsi ilə təmin edə bilər.   

Barak Obama isə Birləşmiş Ştatların Ukraynaya hərbi xarakterli kömək göstərmək niyyətində olmadığını bir neçə dəfə bəyan edib.

  Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslaminsesi.az

Etiketlər