3 may 2014 - 06:44
Kerri: Lavrovun davranışları vəhşilikdir

Amerika Birləşmiş Ştatlarında Moskvanın Ukraynanın şərqində geniş agentura şəbəkəsi yaratması barədə dəlillər var

 

 

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kerri: Lavrovun davranışları vəhşilikdir

 

 Amerika Birləşmiş Ştatlarında Moskvanın Ukraynanın şərqində geniş agentura şəbəkəsi yaratması barədə dəlillər var.

 

“ Bu barədə Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri deyib. O, rəsmi Moskva ilə separatçılar arasında aparılan danışıqların səs yazısını əldə etdiklərini vurğulayıb.

 

Kerri bildirib ki, kəşfiyyat strukturlarından onlara Rusiyanın yerlərdəki emissarlarının Moskvadan birbaşa təlimatlar aldığı barədə məlumatlar daxil olmaqdadır:

 

”Biz dəqiq bilirik ki, bu göstərişləri kim və harada verir”.

 

ABŞ Dövlət katibi həmçinin rusiyalı həmkarı Sergey Lavrovu da ciddi tənqid edərək, onu yalan danışmaqda qınayıb:

 

”Son bir neçə həftə ərzində Lavrovla 6 dəfə danışıqlara girmişəm. Axırıncı təmasımız isə ümumiyyətlə şərh olunası deyil – bu, əsl vəhşilik, yadplanetli təfəkkürü idi. Onun qədər ağa qırmızı, göyə çəhrayı deyən ikinci şəxs tanımıram. Baxın, görün biz kimlərlə müzakirə aparırıq... İnsan özünə nəzarətini itiribdi”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Axar.az

 

Etiketlər