Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İnternetdə İŞİD qruplaşmasına mənsub terrorçuların baş kəsmə videosu yayılıb
"Youtube" sosial şəbəkəsində yayılan videoda azərbaycanlı vəhhabilərin də baş kəsmə əməliyyatında iştirak etdiyi göstərilir.
İslamazeri.az-ın verdiyi xəbərə görə, videonun fonunda Azərbaycan dilində danışıqlar gedir. Videonun sonunda deyilir ki, bütün ceyşullahları bu aqibət gözləyir.
Ceyşullah qruplaşması da vəhhabi terrorçuları tərəfindən təşkilatlanıb. Digər vəhhabi təkfirçi qruplaşması İŞİD, Suriyadakı terrorçularla yola getmir, onları münafiq, kafir adlandırır və qətllərini də vacib hesab edir.
"Əl-Qaidə" terror təşkilatının sədri Əymən əz-Zəvahiri bu gün "Nusra" terrorçularına xəbərdarlıq göndərib. O deyib ki, "Nusra" yaraqlıları Suriyada olan digər təşkilatlarla savaşmasın. Belə olduğu təqdirdə əsl hədəfdən yayınırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
İslamazeri.az