25 aprel 2014 - 19:30
 Putin batarsa, mən, təbii ki, onu xilas edəcəm.

ABŞ Prezidenti Barak Obama Cənubi Koreyada mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən əminliklə deyib ki, rusiyalı həmkarı Vladimir Putin batarsa, onu xilas edəcək

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Barak Obama Cənubi Koreyada mətbuat konfransı zamanı jurnalistin sualını cavablandırarkən əminliklə deyib ki, rusiyalı həmkarı Vladimir Putin batarsa, onu xilas edəcək: “Prezident Putin batarsa, mən, təbii ki, onu xilas edəcəm. Hər kim batarsa, onu xilas edə biləcəyimə inanmaq istərdim. Mən pis üzmürəm; Havay adalarında böyümüşəm, təcrübəm böyükdür.”

Bundan əvvəl rusiyalılarla “birbaşa xətt” zamanı V.Putinə "əgər o batarsa, ABŞ Prezidenti onu xilas edərmi?" sualı verilib. Rusiyalı dövlət başçısı isə cavabında B.Obamanın əxlaqlı, olduqca cəsarətli insan olduğunu və onun təbii ki, bunu edəcəyinə inandığını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslaminsesi.az

Etiketlər