23 aprel 2014 - 01:30
 Mövsüm Səmədov həbsxanadakı şəraitdən narazıdır

Azərbaycan İslam Partiyasının lideri, 11 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Mövsüm Səmədov ailəsi vasitəsi ilə FaktXəbər-ə şikayət məktubu göndərib.


Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mövsüm Səmədov həbsxanadakı şəraitdən narazıdır
Azərbaycan İslam Partiyasının lideri, 11 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan Mövsüm Səmədov ailəsi vasitəsi ilə FaktXəbər-ə şikayət məktubu göndərib. Məktubda bildirilir ki, bir neçə dəfə rəisə baş verən özbaşınalıqlarla bağlı məlumat verilib, amma rəis göz yumur: “Bu “zonda” böyük faciə baş verir. Narkotiki az qala “plasda” (“zon”un mərkəzi hissəsi) satırlar. Dəfələrlə müəssisəsinin rəhbərliyinə deyilib, amma heç bir faydası yoxdur. Beynəlxalq təşkilatlara, xüsusən “Qırmızı xaç”a da bu barədə bildirmişik. Bu məsələlər bilərəkdən həyata keçirilir.  İnsanlar məhv olur. Qumar, pornoqrafik filmlər də bu cürdür. Əvvəlki rəisin zamanında bu cür deyildi.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Faktxeber.com

Etiketlər