Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ötən gün qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı anti-İslam qruplaşma Bağdadın “Əvr” məntəqəsində yerləşən İmam Kazım (əleyhi səlam) adına universitetdə törədilmiş terror aktının məsuliyyətin öhdəsinə götürüb.
İmam Kazım (əleyhi səlam) adına universitetdə baş verən terror hadisəsi, İraq Təhlükəsizlik Nazirliyinin ali rütbəli şəxslərindən birinin universitetdə olduğu zaman həyata keçirilib.
Terror hadisəsini həyata keçirdən təkfirçilər özlərinə bomba kəməri bağlamış 5 nəfərdən ibarət kamikaze qrupu olub. Yaraqlılardan bir nəfəri universitetin girişində özünü partlatdıqdan sonra digərləri universitetin həyatyani sahəsinə daxil olmuş və 16 tələbəni girov tutmuşlar.
Bir yaramaz yaraqlının universitetin girişində özünü partladaraq həyata keçirtdiki terror hadisəsində universitet müəllimləri və tələbələrindən 8 nəfəri Şəhid olmuşdur.
İraq Təhlükəsizlik Nazirliyinin ali rütbəli şəxsi ilə universitetdə olan cangüdənlər, digər yaraqlıları gəbərdərək çoxlu sayda baş verə biləcək insan tələfatının qarşısın almağa nail olmuşlar.
Hadisə zamanı 4 yaraqlı Milli Təhlükəsizlik Nazirliyinin cangüdənləri tərəfindən məhv edilmiş, İmam Kazım (əleyhi səlam) adına universitet müəllimləri və tələbələrindən isə Şəhid və yaralıların sayının 18 nəfəri olduğu açıqlanıb.




18+
.
.
.
.
18+
.
.
.
18+
.


ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır