19 aprel 2014 - 01:45
 İranın dondurulmuş 450 milyon dolları da İslam Respublikasına qayıtdı

İranın dondurulmuş neft pullarından daha dörd yüz əlli milyon dollarının azad edilərək İranın Mərkəzi Bankının hesabına köçürülüb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın dondurulmuş 450 milyon dolları da İslam Respublikasına qayıtdı

İranın dondurulmuş neft pullarından daha dörd yüz əlli milyon dollarının azad edilərək İranın Mərkəzi Bankının hesabına köçürülüb

, bu haqda İranın nüvə danışıqlarındakı müzakirə heyətinin üzvü Seyid Abbas İraqçı məlumat verib.

Onun sözlərinə görə, İranın dondurulmuş neft pullarından daha dörd yüz əlli milyon dollarının azad edilərək, İranın Mərkəzi Bankının hesabına köçürüldüyünü və bu addımın Cenevrə anlaşması əsasında səkkiz mərhələdə azad edilməli olan İranın neft pullarının İrana təhvil verilən beşinci hissəsidir.

İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini sözlərinin davamında deyib ki, artıq bu pullar İranın Mərkəzi Bankının hesabına köçürülüb və bu pulların necə xərclənilməsi ilə bağlı qərarın çıxarılması artıq bu banka aiddir.

İranın dondurulmuş neft gəlilrərinin azad edilməsinin beşinci mərhələsinin icra edilməsi ilə indiyə kimi İranın azad edilmiş neft pullarının ümumi məbləği iki milyard altı yüz əlli milyon dollara çatıb.

İranın dondurulmuş neft pullarının azad edilməsi əməliyyatının altı, yeddi və səkkizinci mərhələləri on dörd may, on yeddi iyun və iyirmi iyul tarixlərində icra olunmalıdır.

Yerdə qalan üç mərhələnin hər birində İranın dondurulmuş neft pullarından beş yüz əlli milyon dolları azad ediləcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslamazeri.az

Tags