16 aprel 2014 - 01:10
Suriya ordusu daha bir şəhəri də ələ keçirdi

Suriya ordusu daha bir şəhəri də ələ keçirdi,Suriya ordusunun qüvvələri Əsal əl-Vərd şəhərinə daxil olublar

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu terrorçuların təslim olmasının ardınca strateji Qələmun məntəqəsində yerləşən Əsal əl-Vərd şəhərinə daxil olub. Ordu şəhərə daxil olarkən, sakinlər tərəfindən təntənəli şəkildə qarşılanıb.Məlumata əsasən, ordunun şəhərə daxil olmasından öncə bir sıra silahlı şəxs öz komandirləri ilə birlikdə qaçıblar. Qaçan terrorçular “Nusra” qruplaşmasının üzvləridirlər, onlar əl-Təfil və əl-Zəbədaniyə tərəf qaçıblar

Qeyd edək ki, dünən Suriya ordusu Sərxa və Maalula şəhərlərini terrorçulardan təmizləmişdi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

İslamazeri.az

Etiketlər