Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə, sionist rejimi, Avropa, ABŞ və Ərəb Liqası tərəfindən Suriyada vətəndaş müharibəsinin alovlandırmasından sonra Suriyalı ermənilərin azğın “təkfirçi” yaraqlılar tərəfindən süni şəkildə Türkiyə ərazilərinə oradan da İrəvan vasitəsi ilə Dağlıq Qarabağa ötürülməsi davam edir.
Erməni qaçqınları Türkiyənin Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinin Samandağ rayonuna gətizdirilib. Erməni əsilli suriyalılar əvvəllər kənd olan və ermənilərin yaşadığı Vakıflı Məhəlləsinə yerləşdirilib.
Suriyadan Trkiyəyə gətizdirilən ermənilər məhz “təkfirçilər” tərəfindən 2 yük maşını ilə sərhəd-keçid məntəqəsinə gətirildiklərini, buradan da Türkiyə sərhədini keçdiklərini bildirib. "Əvvəlcə Yayladağında bizə yemək verdilər və Vakıflıya gətirərək bura yerləşdirdilər. Hələlik burdayıq və bizə çox yaxşı baxırlar.» - deyə 78 yaşlı süni qaçqın Aspet Curyan bildirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriyadan Türkiyə ərazisinə gətizdirilmiş bütün ermənilərə "Türkiyəyə xoş gəlib, səfa gətirdiklərini" demişdi.
ABNA- Xəbər Agentliyi “İHA”-ya istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır