7 aprel 2014 - 15:12
Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad

Əhalisinin 98%-dan çoxunun İslam dinin ardıcılı olan Azərbaycan Respublikasının vətəndaşları daim İslami atributlara, xüsusi ilə də, yenicə doğulmuş uşaqlara İslami adların qoyulmasına diqqət çəkir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, əhalisinin 98%-dan çoxunun İslam dinin ardıcılı olan Azərbaycan Respublikasının vətəndaşları daim İslami atributlara, xüsusi ilə də, yenicə doğulmuş uşaqlara İslami adların qoyulmasına diqqət çəkir. Belə ki, biz, 2014-cü ilin birinci rübündə Azərbaycanda doğulmuş uşaqlara qoyulan ən populyar 14 adın siyahısını təqdim edirik.

Siyahı Ədliyyə Nazirliyinin aprelin 4-nə olan rəsmi məlumatına əsaslanır.

 

 Yusif - 541 uşaq

 Zəhra - 459

Hüseyn - 344

4- Əli - 325

Fatimə - 301

Zeynəb - 231

Xədicə - 186

Məhəmməd - 185

Mələk - 169

 Məryəm - 160

İbrahim - 155

Leyla - 153

Mədinə - 144

Həsən - 121

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər