Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Ali Lideri Ayətullah Uzma Seyyid Əli Xamenei cənabları martın 31-də 920 nəfər məhbusun tam əfv olunması və ya onların həbs müddətinin azaldılması ilə bağlı təklifi qəbul edib.
İran İslam Respublikasının Məhkəmə Sisteminin rəisi Ayətullah Şeyx Sadıq Laricani 12 Fərvərdin (31 Mart) İslami Respublika günü münasibəti ilə Ümümdünya Müsəlmanlarının Ali Liderinə məktub yazaraq həmin məhbusların işinə qurumun əfv komissiyasında baxıldığını, onların amnistiyaya düşməyə layiq olduğunu bildirib.
ABNA- Xəbər Agentliyi
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır