20 mart 2014 - 20:30
Hacı Tale Bağırovun etirazı təmin edilmədi

Qeyd edək ki, mübariz ruhani Tale Bağırov ötən il martın 31-də zorakılıqla tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu ənənəvi olaraq qanunsuz narkotik vasitə saxlamada ŞƏRLƏYƏRƏK 2 il müddətinə azadlıqdan məhrum edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, martın 19-da mübariz ruhani Tale Bağırov haqda Bakı Apellyasiya Məhkəməsinin ilkin baxışından verilən kassasiya etirazına baxılıb. Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə etiraz təmin edilməyib.

Vəkil Cavad Cavadlı bu  haqda verdiyi açıqlamada bildirib ki, kassasiya etirazının verilməsinə səbəb əvvəlki instansiyanın ilkin baxış mərhələsində həll etməli olduğu məsələləri həll etmək istəməməsidir: “Kassasiya şikayətində bir neçə məsələ vurğulanmışdı. Birincisi, işə baxılarkən Tale Bağırovun həbsdə saxlanmasının müddəti 14 gün idi bitmişdi. Taleh Bağırov qanunsuz olaraq həbsdə saxlanırdı. Bundan başqa birinci instansiya məhkəməsində sübutlar, ziddiyyətli şahid ifadələri düzgün qiymətləndirilməmişdi. Bu səbəbdən kassasiya şikayətində apellyasiya baxışının məhkəmə istintaqı ilə və həbs qətimkan məsələsinə münasibət bildirilərək aparılmasını istəmişdik. Təəssüf ki, şikayət təmin edilmədi.

Tale Bağırovun şikayəti artıq Avropa Məhkəməsindədir. Biz onun azadlıqdan məhrum edilməsi ilə bağlı qərarı alandan sonra məhkəmə baxışını gözləmədən əlavə şikayət göndərəcəyik. Apellyasiya məhkəməsindən, ümumiyyətlə digər yerli məhkəmələrdən heç bir gözləntimiz yoxdur”.

Qeyd edək ki, mübariz ruhani Tale Bağırov ötən il martın 31-də zorakılıqla tutulub. Noyabrın 1-də Sabunçu Rayon Məhkəməsi onu ənənəvi olaraq qanunsuz narkotik vasitə saxlamada ŞƏRLƏYƏRƏK 2 il müddətinə azadlıqdan məhrum edib.

Bakı Apellyasiya Məhkəməsinə etirazda bu hökmün ləğvi istənilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır