18 mart 2014 - 20:30
Ayətullah Sübhani: “Novruz günlərində Xanım Fatimənin (s) şənin qoruyaq”

Ayətullah Sübhani cənabları daha sonra Novruz bayramına işarə edərərk bildiriblər: “Novruzda heç bir İlahi xüsusiyyət yoxdur bu görə də Novruzu İslam bayramlarından saymaq düzgün deyil. Lakin gözəl bir adətdir bir şərtlə ki, xalq öz rətarlarında və süfrə başlarında günaha yol verməsinlər. Radio və Televiziya da bu məsələdə diqqətli olmalıdır.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dünya Müsəlmanlarının Ali Təqlid Mərcəsi Ayətullahil Uzma Sübhani cənabları bu gün Məsməyi Qum şəhərindəki Əzəm Məscidində yeniyetmə ictihadçılara verdiyi Fiqh Üsulu məruzəsinin sonunda bildirib: “Bayrama ərəb dilində ona görə “eyd” deyirlər ki, əvvəlki nöqtəyə dönüş mənasını daşıyır. Misal olaraq qədim xalqların Günəşin yenidən Qoç bürcünə qayıtdığı vaxtı bayram etdiklərini göstərmək olar.”

Ayətullahil Uzma Sübhani cənabları daha sonra deyib: “Qurani Kərimin ayələrinə diqqət yetirsək görərik ki, İlahi bərəkətin insanlara verildiyi anlar bayram sayılır. Misal üçün həzrəti İsa (əla nəbiyyinə və alihi və əleyhi səlam) Peyğəmbər Allah Təaladan səmavi (Behişt) nemətləri özü və şagirdləri üçün nazil etməsini istədikdə belə ərz edir: Mən bu günü məsihilər üçün bayram qərar verirəm.”

Ali Təqlid Mərcəsi sonra deyib: “Cümənin “günlərin ağası” və bayram qərar verilməsi xüsusi İlahi bərəkətlərin məhz bu gündə olmasına görədir.”

Dünya Müsəlmanlarının Ali Təqlid Mərcəsi daha sonra vurğulayıb: “Pak İmamlarımızın (əleyhimus səlam) doğum günlərini də bayram qərar verməymiz məhz bu gündə İlahi bərəkətin yəni bu dahilərin nazənin vücudlarının Alah Təala tərəfindən bəşəriyyətə nəsib olması ilə bağlıdır.”

Ayətullah Sübhani cənabları daha sonra Novruz bayramına işarə edərərk bildiriblər: “Novruzda heç bir İlahi xüsusiyyət yoxdur bu görə də Novruzu İslam bayramlarından saymaq düzgün deyil. Lakin gözəl bir adətdir bir şərtlə ki, xalq öz rətarlarında və süfrə başlarında günaha yol verməsinlər. Radio və Televiziya da bu məsələdə diqqətli olmalıdır.”

Qum Elmi Hövzənin böyük elm ustadlarından biri olan Ayətullah Sübhani cənabları daha sonra vurğulayıb: “Yeni İli qarşılayan zaman oxunan duanı Allah təalaya yaxınlaşmaq və günahdan uzaq olmaq məqsədi ilə oxuyun. Günah edilməyən gün İlahi lütf insana şamil olur və o gün bayram sayılır. Yeni ilin qarşılanma mərasimi mütlərq sadə formada keçirilməli və hər hansı günhadan qorunmalıdır. Bu il isə “Novruz” Fatimiyyə Günlərinə təsadüf edir, Xanım Fatimənin (səlamullahi əleyha) şəni qorunmalıdır.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır