Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, son illər Səlib Yürüşlərinin davamı olaraq ABŞ, Qərb ölkələri və sionist işğalçı rejim dünya Müsəlmanların canlarını, mallarını, torpaqlarını hətta namuslarını belə hədəfə alıbıqları kiməsə gizli deyil. Fələstin, Suriya, İraq, Əfqanıstan, Bosniya, Bəhreyn, Qarabağ, Libiya, Somali, Afriqa qitəsinin müxtəlif ölkələri və. s. yerlərdə baş verənlər buna bariz bir nümunədir.
Lakin Mərkəzi Afrika Respublikasında baş verən hadisələr və dünya birlliyinin bu cinayətlər qarşısında sükut ixtiyar etmələri dözülməz bir haldır. Bununla bağlı Ümümdünya Əhli Beyt (səlamullahi əleyhim) Assambleyası Bəyanat yayımlayaraq Mərkəzi Afrika Respulikasında baş verən cinayətləri məhkum edib.
Bəyanatın tam mətnin diqqətinizə çatdırırıq:
Bismillahir Rəhmanir Rəhim
“Hammımız Allahınıq və hammımız da ona sarı qayıdacağıq”
«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdik (istəsə, qatildən qisas alar, istəsə, bağışlayar və ya qanbahası tələb edər). Lakin o da qətl etməkdə ifrata varmasın (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin)!» İsra. Ayə 33
Böyük ürək ağrısı və təəsüflə qeyd edirik ki, dünya ictimaiyyəti bu günlərdə Mərkəzi Afrika Respublikasında ağrılı hadisələrin baş verdiyinin şahididr. Xaçpərəst radikallar və bəzi irqçi ünsürlər Müsəlman soyqırımına start vermiş və dəhşətli insansarsıdıcı hadisələr törədirlər. Bütün bunlar İnsan Haqqlarının müdafiə etdiyini idda edən Qərb ölkələrinin xüsusi ilə də, Mərkəzi Afrika hökümətinə dəstək verən Fransa rejiminin gözü önündə baş verir. Qərblilər bu cinayətlərin qarşısını almırlar ki, heç hətta baş verən qəmli hadisələr qarşısında sükut edib gözlərini yummaqla cinayətkarlara dəstək olduqlarını elan edib ixtilaf atəşini alovlandırmaqla isə istismarçı siyasətlərini təmin edirlər.”
Ümümdünya Əhli Beyt (səlamullahi əleyhim) Assambleyası anti-Bəşər cinayətləri məhkum etməklə yanaşı Mərkəzi Afrika Respulikasında yaşayan günahsız Müsəlmanların xaçpərəst ünsürlər tərəfindən soyqırımı haqda qeyd olunan ölkə məsullarına, Afrika Ölkələri Birliyinə, xüsusi ilə də Fransa rejiminə xəbərdarlıq edir və tez bir zamanda ciddi addımlar ataraq soyqırıma son qoymalarını tələb edir. Qoy sülhün, sabitliyin bərpası ilə müxtəlif səmavi dinlərin ardıcılları arasında anlaşma əldə olunsun və itirdikləri insanlıq kəraməti bir daha ələ gəlsin. Beləliklə də insanların qan və canları, mal və namuslarının təhlükəsizliki təmin olunsun.”
Uca Allahdan arzumuzdur ki, Mərkəzi Afriqa Respublikasının günahsız Müsəlman vətəndaşlarının qəm və qüssələrini aradan qaldırsın və onların Şəhidlərini öz əbədi rəhmətinə alaraq yerlərin Behiştlik etsin.”
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır