14 mart 2014 - 20:30
Ukraynadan sonra Azərbaycan təqib olunacaq – Araşdırma

Tehran Şərqi Avropa ilə bağlı Qərbin növbəti dəfə səhv etdiyinə əmindir. Rusiyanın hərəkətləri yenidən təsdiq edir ki, o beynəlxalq arenaya yenidən fəal oyunçu kimi qayıdıb. İran İslam Respublikası bunu alqışlayır, cünki Tehranın fikrincə cağdaş dünyanın əsas sabitliyini pozan amil birqütblü dünyadır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Ukrayna böhranı fonunda Obama administrasiyası İİR-Rusiya münasibətlərinə zərbə vurmaq cəhdindədir. ABŞ və Rusiyanın Ukraynadakı fikir ayrılğı iki ölkə arasında əməkdaşlığa və İran İslam Respublikasının nüvə proqramı danışıqlarına təsir göstərə bilər.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki Moskvaya xəbərdarlıq edib -Rusiya 5+1 danışıqlar prosesi formatının bir hissəsidir və Tehran nüvə silahı əldə olunmasının  qarşısını almaqda, aktif  tərəf kimi qalmalıdır. ABŞ Ukraynada baş verənlərə riyakar və yalan şərhlər vermə ənənəsinə həmişəki kimi sadiq qalaraq, bir çox ölkələri, o cümlədən ənənəvi rus tərəfdaşlarını öz tərəfinə cəkməklə, Rusiya ilə qlobal qarşıdurmaya çalışır. Sözsüz, bunların içərisində İslam Respublikası da var.

Hazırki vaxtda Tehran İran İslam Respublikasının nüvə proqramına görə Rusiya ilə əlaqələrin pisləşməsinə kiçicik də olsa səbəb -imkan vermir. Xüsusilə Ukrayna ilə bağlı rus-amerika qarşıdurmasında.

Rəsmi Tehran Rusiya tərəfindədir

Ukrayna ətrafında yaranmış qarışıq vəziyyət İran İslam Respublikasının rəhbərliyi üçün aydındır: Kiyevdəki mövcud rejim və tərəfdarları ABŞ və NATO-ya güvənərək, demokratik idarəetmənin fundamental prinsiplərini pozaraq  dövlət çevrilişi etdilər və  demokratik yolla seçilmiş prezidenti devirdilər. Bununla da Ukrayna Rusiyasız dünya mübarizəsində Qərbin növbəti alətinə çevrildi. Söhbət siyasi sifarişlə yaradılmış şəraitdən gedir. Tehran belə hesab edir ki, Ukrayna Vaşinqton və Moskva arasında gedən ağır geosiyasi rəqabət üçün döyüş meydanına çevrilib.

Uzun müddət Qərbin ayrı-seçkilik təzyiqlərini təcrübə edən İran İslam Respublikası bu mübarizədə NATO və ABŞ tərəfə istiqamətlənə bilməz. Yeni İran İslam Respublikasının diplomatiyasına baxmayaraq, Amerika ilə əlaqələr hələ də düşmənçilik əsasındadır. Avropa Birliyi  bu fonda iki kürsüdə əyləşməyə çalışır;

1)Tehrana qarşı ABŞ strategiyasına sadiq qalmaq

2) İran İslam Respublikasının bazarına qayıtmaq üçün start məqamını buraxmamaq.

Bu yaxınlarda AB xarici işlər və təhlükəsizlik siyasətinin sədri Ketrin Eşton İran İslam Respublikasına səfəri zamanı nüvə proqramı ilə bağlı danışıqlarda hərtərəfli razılaşma əldə olunmasına zəmanət vermədi. Avropa  hələ ki, İran İslam Respublikası ilə bərabər oyuna başlamağa hazır deyil. ABŞ və NATO İran İslam Respublikasının nüvə məsələsini hərbi yolla həll etmək versiyasını masa üstündə saxlayır, şantaj və hədə siyasətini tərk etmir və Cenevrə razılaşması çərçivəsində sanksiyalar rejiminin sadələşdirilməsinə dair öz öhdəliklərini yerinə yetirmək üçün tələsmir.

Tehran Şərqi Avropa ilə bağlı Qərbin növbəti dəfə səhv etdiyinə əmindir. Rusiyanın hərəkətləri yenidən təsdiq edir ki, o beynəlxalq arenaya yenidən fəal oyunçu kimi qayıdıb. İran İslam Respublikası bunu alqışlayır, cünki Tehranın fikrincə cağdaş dünyanın əsas sabitliyini pozan amil birqütblü dünyadır. ABŞ cəzasız qalaçağına arxayın olaraq, Orta Şərqdə böyük geosiyasi yenidənqurma prosesinə başladı. İslam Respublikası ABŞ maraqları üçün əsas hədəf oldu. Tehrana qarşı ABŞ, NATO, İsrail, Fars Körfəzi monarxiyası, xüsusilə də Səudiyyə Ərəbistanı düşmən səylərini birləşdirdi. Bu şəraitdə yalnız Rusiya haqlı olaraq İran İslam Respublikası hökumətinə inanıb “Amerika imperializminə” qarşı dirəniş göstərdi. Rusiyanın ciddi rəqib olaraq özünü təsdiqləməsi ilə ABŞ Yaxın Şərqdə yeganə diqtə edən güc olmadığını başa düşdü. Məhz siyasi proseslərin bu istiqamətdə inkişafı regionda bir çox dövlətləri məmnun etdi.

Siyasi analitiklər belə hesab edirlər ki, Yaxın Şərqdə Rusiyanın müsbət rolu Ukraynanın geosiyasi taleyinə təsir edə bilər. Çox güman, Ukrayna vəziyyətin sabitliyini təmin edə bilməyəcəyi təqdirdə Rusiya ilə kompramisə getmək məcburiyyətində qalacaq. Ukraynanın Avropa İttifaqına daxil olma sazişinə gəldikdə isə Tehran bunun yalnız Rusiya ilə qarşıdurma üçün bəhanə  olduğunu düşünür. Avropa ilə Assosiasiya sazişi Ukraynaya AB-nin bir hissəsi olmaq şansı vermir. Bu saziş onlara Rusiya ilə qarşıdurmada yaxşı istinad nöqtəsi kimi istifadə etmək imkanı yaradır.

Rəsmi Tehran bu qənaətdədir ki, Ukrayna - ya Avropa, ya Rusiya seçimində Qərbə “stavka” etməklə, çox  böyük səhvə yol verib. ABŞ-ın təzyiqi altında tarixi strateji istiqamətlərdən imtina etməklə, Kiyevin yeni hökuməti ciddi geosiyasi yanlışa qədəm qoyub. Bu, ölkənin parçalanmasına gətirib çıxaracaq və Ukraynanı ABŞ-ın təkrar Yuqoslaviya  təcrübəsi reallığı ilə üzbəüz qoyacaq.

NATO-nun Şərqə tərəf genişlənməsi təkcə Rusiya üçün deyil, eyni zamanda, İİR üçün də əsas təhlükədir.

Ekstperlərin fikrincə, ABŞ Suriyadakı məğlubiyyətinə görə, Ukraynada Rusiya ilə hesab çürüdür. 2010-cu ilin növbədənkənar seçkilərindən sonra Ukraynanın rəsmi hökuməti Rusiyaya tərəfdar siyasi elita oldu. Bu, Qərbdə kəskin narazılıq yaratdı. Son dəlillərə əsasən, ABŞ və Qərb dövlətləri Maydan hadisələrini  2004-cü ildən hazırlamağa başlayıblar. ABŞ son 3 ildə Maydana 5 milyard dollar pul xərcləyib. Ukrayna inqilabı anti-Rusiya zəminində olmalı idi. Nəzərdə tutulan plana görə, Ukraynanın bütün dərdlərinin əsas səbəbi Rusiya hesab edilməli, Moskvaya qarşı diplomatik təxribatlar səngimək bilməməli və Ukrayna millətçiləri Rusiya siyasətinə etiraz etməliydi.

Proseslər məhz bu istiqamətdə də kulminasiya nöqtəsinə qalxdı. Buna görə də İran İslam Respublikasının politoloqları baş verənlərdə ABŞ və Avropanın aparıcı dövlətlərini haqlı olaraq  günahlandırırlar.

Bəzi analitiklərin fikrincə, ABŞ Suriya böhranının həllinə təsir göstərmək üçün Ukraynadan kozır kimi istifadə edir. Lakin yaddan çıxmamalıdır ki, Ukraynada sabitliyin pozulması AB-nin maraqlarını ciddi təhlükə altında qoyur. Tərəflər arasında fikir ayrılığı ABŞ və Avropa arasında ziddiyyətlərin güclənmısinə səbəb ola bilər. Cünki böhranın Rusiya sərhədlərindən kənara çıxması Rusiya-Avropa böhranını yeni mərhələyə çatdırır. Bu isə ilk növbədə, AB üçün təhlükə yaradır. ABŞ-da məhz buna nail olmaq istəyir. Çünki o heç vaxt Rusiya-Avropa yaxınlaşmasının marağında olmayıb.

Ukraynadan sonra Azərbaycan təqib olunacaq

İran İslam Respublikasının analitikləri hesab edir ki, necə ki, Tehran Suriya böhranında Rusiya ilə müttəfiqlikdən faydalandısa, o cür də Qərbə qarşı Rusiyadan istifadə etməlidir. Bu mövqedə ABŞ  hər iki ölkə üçün əsas rəqib kimi ön plana keçir. Bu konteksdə Moskva-Vaşinqton əlaqələrinin pisləşməsi İİR-Rusiya əməkdaşlığının regional səviyyədə genişlənməsi və dərinləşməsi üçün müəyyən bonus kimi qəbul edilir.

Bundan əlavə, Rusiya sərhədlərində NATO-nun genişləndirilməsi iranlıları heç cür qəne etmir. Ukrayna bir sınaq şarıdır ki, Kremlin kənara cəkilməsi vəziyyətində bu, ilk növbədə Azəraycanı təqib edə bilər. Bu isə birbaşa Iran sərhədinə yaxınlaşmaq deməkdir. İran İslam Respublikasının milli təhlükəsizliyi üçün ABŞ və onun müttəfiqləri tərəfindən müharibə təhdidlərinə birbaşa xətt Rusiya sərhədləridir. Bu strateji kursun altenativi Vaşinqtonla münasibətlərin normallaşması və Tehranın amerikalıların siyasi çətiri altına keçməsidir. Bu isə artıq İslam rejiminin dəyişilməsi deməkdir.

Bir sözlə, İran politoloqları Rusiya ilə gələcək əməkdaşlığı məntiqi hesab edərək, Moskvaya ən cəlbedici müttəfiq kimi baxırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır