8 mart 2014 - 20:30
Azğın “əl-Nüsrə” yaraqlıları Malula rahibələrini azad etdi

Xatırladaq ki, “Nüsrə” yaraqlıları bir müddət öncə girov götürdükləri rahibələrin azadlığı müqabilində Yabrud məntəqəsində döyüşlərin dayandırılmasını şərt etmişdir. Lakin Suriya Milli Ordusunun qətiyyətlə bu şərti rəd edildiyi bildirilmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada kütləvi terror aktları həyata keçirən azğın “Nüsrə” yaraqlıları girov tutduqları Malula rahibələrini azad ediblər.

Hazırda onların Suriyanın Livanla sərhəd məntəqəsi olan Cədidətu Yabus bölgəsinə ötürüldükləri bildirilir.

Məlumata görə, əl-Qaidə beynəlxalq terror təşkilatının Suriya qanadı olan qondarma “Nüsrə cəbhəsi” adlı yaraqlı qruplaşma Malula şəhərində oğurladıqları rahibələrin azad etmələri müqabilində külli miqdarda pul alıb.

Xatırladaq ki, “Nüsrə” yaraqlıları bir müddət öncə girov götürdükləri rahibələrin azadlığı müqabilində Yabrud məntəqəsində döyüşlərin dayandırılmasını şərt etmişdir. Lakin Suriya Milli Ordusunun qətiyyətlə bu şərti rəd edildiyi bildirilmişdir.

Bildirək ki, silahlı yaraqlılar 16 rahibəni ötən ilin (2013) son günlərində Rif əyalətinin Məlula şəhərindəki Kilsədən oğurlamışlar.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır