8 mart 2014 - 20:30
Çinin ən böyük Müsəlman şəhəri + Foto

10-cu əsrin ortalarında İslam Dini İpək Yolu vasitəsi ilə Kaşğər bölgəsinə və oradan da 17-ci əsrə kimi bütün məntəqəyə hakim kəsilir. Şin Cyang əyalətində 10 müxtəlif millət yaşayır. Uyğurlar, Qazaxlar, Huveylər, Özbəklər, Taciklər və Tatarlar Müsəlman xalqlardır...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çini şimal qərb nahiyyəsində yerləşən Şin Cyang əyaləti ölkənin Müsəlman və ən böyük əyaləti sayılır. Onun sahəsi 6 milyon 660 min kv.m-dir.

Şing Cyang şimal və qərbdən 8 ölkə ilə həmsərhəddir. Qərbən şərqdə kimi Monqolıstan, Rusiya, Qazaxıstan, Tacikistan, Əfqanıstan, Pakistan və Hindistanla qonşudur. Bu məntəqənin sərhəddinin uzunluğu 5400 km-dən çoxdur.

Uyğur milləti Çinin şimalında yerləşir və qədimi xalq sayılır. Uyğur sözünün mənası həmrəylik və birlik mənasındadır. Ölkənin 7 milyon cəmiyyətini təşkil edən bu xalq ən önəmli xalqlardan sayılır.

Uyğur millətinin əksəriyyəti Səma dağlarının cənubundakı “Kaşa”, “He Tyan”, “Va Ke Su” məntəqələrində yaşayırlar. Burada tarix boyu Buda, Nəsturi, Mani və İslam dinləri kök salmış və Çinin dörd Din ardıcıllarının birgə yaşadıqları yeganə məntəqəsidir.

10-cu əsrin ortalarında İslam Dini İpək Yolu vasitəsi ilə Kaşğər bölgəsinə və oradan da 17-ci əsrə kimi bütün məntəqəyə hakim kəsilir. Şin Cyang əyalətində 10 müxtəlif millət yaşayır. Uyğurlar, Qazaxlar, Huveylər, Özbəklər, Taciklər və Tatarlar Müsəlman xalqlardır. Onlar bölgə əhalisinin 563%-ni təşkil edirlər. Şin Cyang əyalətində cəmiyyətin 80 min nəfərini isə Buda davamçıları Monqollar, 30 min nəfərini isə xristianlar təşkil edir.

Şin Cyang əyaləti müxtəlif mədəniyyətləri özündə cəmləşdirib. Əyalətin hər bir ölkə ilə sərhəddinə yaxınlaşdıqda burada yeni bir adət və ənənələrin, bəzi yerlərdə isə sakinlərin hətta yeni bir dildə danışdıqlarının şahidi olursan. Bir sözlə Şin Cyang müxtəlif mədəniyyətlərin təzad etdiyi şəhərdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır