28 fevral 2014 - 20:30
Cəmil Həsənli: Yankoviçdən sonra İ.Əliyevin növbəsidir

Cəmil Həsənli: “Ukraniyada başverən hadisələr bir daha göstərdi ki, hakimiyyət daxilində tək qütblülük artıq cavab vermir...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Milli Şuranın sədri professor Cəmil Həsənli Ukraniya hadisələrini şərh edərkən bildirib: “İlham Əliyevdə gedəsidir”.

Cəmil Həsənli feysbuk sosial şəbəkəsindəki səhifəsində Ukraniya hadisələri haqda belə yazıb: “Bu ölkədə başverən hadisələr bir daha göstərdi ki, hakimiyyət daxilində tək qütblülük artıq cavab vermir. Yankoviçin iqtidardan getməsinin səbəbi də, məhz onun islahat işlərini aparmamsı oldu”.

C. Həsənli daha sonra Yankoviçi diktator adlandıraraq, Qərb “demokratiyasının” xəzər sahillərinə kimi genişlənməsinin zəruri olduğuna işarə edərək bildirib: “Yankoviç İlahm Əliyevi də özü ilə aparacaq.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır