Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün 20 Fevral, 2014 tarixdə, yerli vaxtla səhər radələrində Livanın şimalında yerləşən Trablos şəhərində növbəti terror aktı qeydə alınıb.
Sionist rejimi ilə iş birliyi quran “sələfi” yaraqlıları Ərəb Demokrat Partiyasının üzvlərindən biri olan Əbdür Rəhman Diyalın maşınına avtomat silahlardan atəş açaraq, motorsiklet ilə hadisə yerini tərk etmişlər.
Qeyd edək ki, Ərəb Demokrat Partiyasının əsas üzvlərini Livanın Ələvi tayfası təşkil verir. Ərəb Demokrat Partiyası həm də Livanda Bəşşar Əsəd hakimiyyətinin əsas tərəfdaşlarından biri sayılır.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır