17 fevral 2014 - 20:30
Abdullah Gül qalmaqallı internet qanununu təsdiqlədi

Bu barədə dövlət başçısı şəxsi "Twitter" səhifəsində yazıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Abdullah Gül ölkədə internet saytlarına nəzarəti gücləndirməyi nəzərdə tutan qanunu təsdiq edib. Məlumata görə, bu barədə dövlət başçısı şəxsi "Twitter" səhifəsində yazıb.

Türkiyə parlamentinin təsdiq etməsindən sonra qanunun qüvvəyə minməsi üçün sənədi Prezident imzalamalı idi.

Müxalifətin etirazına səbəb olan qanun hökumətə məhkəmə qərarı olmadan internet səhifələrini bağlamaq səlahiyyəti verir.

Qeyd edək ki, Türkiyədə hökumətin internetə nəzarətini artıracaq bu qanunla bağlı etiraz aksiyası da keçirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır