Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya İnsan Haqqları Təşkilatının üzvü baş verən hadisə haqda verdiyi açıqlamada bildirib: “Terror aktı Cümə günü Suriyanın cənub bölgəsində yerləşən Yədudə şəhərində, bomba ilə yüklənmiş maşının partladılması nəticəsində baş verib. Hadisə 18 sivil vətəndaşın Şəhadəti ilə nəticələnib”.
Suriya İnsan Haqqları Təşkilatının müdiri Rami Əbdül Rəhman da həmçinin bubi bombası ilə yüklənmiş maşının İordaniya sərhədindəki Yədudə şəhərindəki Məscid yaxınlığında partladığını bildirib.
Xatırladaq ki, Suriya İnsan Haqqları Təşkilatı cari həftədə elan edərək bildirib: “Cenevrədə Dövlət ilə müxalif qüvvələr arasında gedən sülh danışıqları başlanan zamandan bəri baş verən qətl hadisələri, iğtişaşların başlanan gündən bu günə kimi baş verən qətl hadisələrinə nisbətdə qat -qat çoxdur”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır