Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda mövcud anti-İslam əliyevlər rejimi ölkə konstitusiyasına zidd olaraq şifahi sürətdə Azərbaycan vətəndaşlığı olan Müsəlman qadınların şəxsiyət vəsiqəsi, pasport götürməkdə və həmçinin Təhsil Müəssisələrində Hicabla görünməə qadağa qoyduqdan sonra, 5 oktyabr 2012-ci il tarixində təhsil nazirliyinin qarşısında keçirilən “hicaba azadlıq” aksiyasında həbs olunan Seymur Bağırlı azadlığa çıxıb.
O, azadlığa çıxdıqdan sonra verdiyi müsahibəsində bildirib: “İbrahimə (əla nəbiyyinə və alihi və əleyhis səlam) odu gülüstan edən Allah, bizlərədə zindandı gülüstan qərar verdi. İnşaAllah bizi dünyəvi zindanda yox, nəfs zindanından azad etsin. Bizi nəfsinə qalib gələn Azad İnsanlardan qərar versin inşaAllah. Müqavimətimiz davam edir və bu yolda addımlamağa davam edirik. Biz bu məktəbi İmam Hüseyn (əleyhis səlam) ağadan öyrənmişik. İnşaAllah bu yoldan dönüb qaçanlardan olmarıq. Mən arzu edirəmki digər Hicab Məhbusları tezliklə azadlığa çıxıb ailələrinə qovuşarlar”.
Qeyd edək ki, Seymur Bağırlı Nərimanov rayon məhkəməsinin hökmü ilə 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır