12 fevral 2014 - 20:30
Hüseyn Əmir Əbdullahiyan: Yəməndə qaçırılan İranlı diplomatın səhhətində heç bir problem yoxdur

Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə şöbənin müavini: “Yəmənin Təhlükəsizlik Nazirliyi ilə Xarici İşlər Nazirliyinin rəsmiləri qaçırılmış İranlı diplomatın işi haqda ciddi sürətdə çalışırlar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə şöbənin müavini Hüseyn Əmir Əbdullahiyan bildirib: “İran İslam Respublikasının Yəməndə qaçırılan diplomatı cənab Nikbəxtin sağlamlığı ilə heç bir problemi yoxdur”.

Hüseyn Əmir Əbdullahiyan daha sonra bildirib: “Yəmən rəsmilərinin verdiyi məlumatlara və işlə bağlı apardığımız ən son tədqiqatlara görə, diplomatımızın durumunda hər hansı bir problem yaşamır. Onun azad edilməsi və tez bir zamanda ölkəyə geri qaytarılması haqda da aparılan işlər davam etməkdədir”.

Xarici İşlər Nazirliyinin Ərəb və Afrika ölkələri üzrə şöbənin müavini sonra deyib: “Yəmənin Təhlükəsizlik Nazirliyi ilə Xarici İşlər Nazirliyinin rəsmiləri qaçırılmış İranlı diplomatın işi haqda ciddi sürətdə çalışırlar”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır