31 yanvar 2014 - 20:30
Muhəmməd Mursinin məhkəməsi başlandı

Bu gün Qahirə Polis Akademiyasında keçirilən məhkəmə iclasında sələfiəqidəli M. Mursi və “Müsəlman Qardaşları” adlı sələfiyönlü partiyanın daha 14 liderləri iştirak edir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, əl-İttihadiyyə prezident aparatı qarşısında toplaşmış aksiyaçıların qətlə yetirilməsi haqda fərmanın verməkdə ittiham olunan Misirin sabiq prezidenti Muhəmməd Mursinin yeni məhkəməsi başlanıb. Bu gün Qahirə Polis Akademiyasında keçirilən məhkəmə iclasında sələfiəqidəli M. Mursi və “Müsəlman Qardaşları” adlı sələfiyönlü partiyanın daha 14 liderləri iştirak edir. Xatırladaq ki, bir neçə gün öncə Misirin Keçmiş İnformasiya Naziri Usama Heykel Muhəmməd Mursinin digər ittihamlarda da suçlandığını bildirib. Belə ki, Usama Heykel, bu haqda açıqlama verərək bildirib: “Misirin vəzifəsindən kənarlaşdırılmış ölkə başçısı Muhəmməd Mursinin, Misirdə “İslami Xilafət” adlı vəhhabi hökümətinin bərpası üçün xarici dövlətlər ilə casusluq zəminində etdiyi əməkdaşlığı əgər sübuta yetərsə onun edama məhkum olacağı qətidir”. Usama Heykel həmçinin bildirib: “Muhəmməd Mursi, Misir Respublikasına başçılıq etdiyi müddət ərzində bir sıra siyasi addımlar atmışdır ki, bütün bunlar onun vətən xaini olduğuna sübut edir. Belə ki, ona qarşı irəli sürülən Misirin Milli Təhlükəsizliki ilə bağlı olan bəzi məsələləri, Misirdə “İslami Xilafət” adlı vəhhabi hökümətinin bərpası üçün xarici dövlətlər ilə casusluq zəminində etdiyi əməkdaşlığı bu ittihamın bəzi məqamlarıdır”.  Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır