Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Misirin Keçmiş İnformasiya Naziri Usama Heykel Muhəmməd Mursinin edamı haqda açıqlama verərək bildirib: “Misirin vəzifəsindən kənarlaşdırılmış ölkə başçısı Muhəmməd Mursinin, Misirdə “İslami Xilafət” adlı vəhhabi hökümətinin bərpası üçün xarici dövlətlər ilə casusluq zəminində etdiyi əməkdaşlığı əgər sübuta yetərsə onun edama məhkum olacağı qətidir”.
Usama Heykel sonra bildirib: “Muhəmməd Mursi, Misir Respublikasına başçılıq etdiyi müddət ərzində bir sıra siyasi addımlar atmışdır ki, bütün bunlar onun vətən xaini olduğuna sübut edir. Belə ki, ona qarşı irəli sürülən Misirin Milli Təhlükəsizliki ilə bağlı olan bəzi məsələləri, Misirdə “İslami Xilafət” adlı vəhhabi hökümətinin bərpası üçün xarici dövlətlər ilə casusluq zəminində etdiyi əməkdaşlığı bu ittihamın bəzi məqamlarıdır”.
Keçmiş İnformasiya Naziri daha sonra bildirib: “M. MursininSudanda münaqişənin alovlandırılmasındakı səyləri, terrorçu qüvvələrin Sina yarımadasında yerləşdirməsi, yeraltı tünellər vasitəsi ilə Qəzzə Zolağına dizel kimi qeyrqanuni əsas əmtəələrin göndərməsi və başlıca terrorçuluğu himayə edən ölkələr ilə əməkdaşlığı çox asanlıqla sübuta yetəcək cinayətlərdir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır