Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriyada günahsız xalqın qanlarını axıtmağa gedən, Azərbaycanın Allahsız “sələfi” yaraqlılarından daha 3 nəfəri Suriya Hökümət Qüvvələri tərəfindən darmadağın edilmişdir.
Bu haqda məlumatlar, yaraqlılara aid sosial şəbəkələrdə yayımlanıb. Azərbaycanlı terrorçulardan birinin adı “Nicat” olduğu bildirilsə də lakin onun Azərbaycanın hansı rayonundan olduğu açıqlanmır. Digərinin isə, Sumqayıt şəhər sakini olan “Vahid Sumqayitskiy” ləqəbli ünsürün olduğu deyilir.
Üçüncü sələfi yaraqlının isə Əsgərov Rüstəm olduğu deyilir. Onun da Azərbaycanın hansı rayonundan olduğu deyilməsə, lakin haqqında 4 il Səudi Ərəbistanda “vəhhabi ideologiyası”nın mənbəyi sayılan “Mədinə İslam Universitetini” oxuyaraq bitirdiyi və Azərbaycanda 20 il “təkfirçi” əqidənin yayılmasında aktiv şəkildə iştirak etdiyi, Əfqanıstan və Çeçenistanda da “təkfirçi” ideologiyanın təbliğində, həmçinin bu ölkələrdə bir sıra döyüşlərdə aktiv iştirak etdiyi bildirilir.
“Təkfirçilər”, Əsgərov Rustəmin Suriyada qondarma “Əhraru Şam” adlı terrorçu qruplaşmada Azərbaycan vətəndaşlarından ibarət “briqadaya” 2 ildən artıq əmirlik (“komandirlik”) etdiyini bildirirlər.
Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Əsgərov Rustəm adlı azğın “təkfirçi” terroriçunun Suriyanın Hələb şəhərində Suriya Milli Ordusunun Hava Qüvvələri tərəfindən edilən bombardman nəticəsində məhv edildiyi bildirilib.


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır