18 yanvar 2014 - 20:30
“Prezident Bəşşar Əsədin adına yayınlanan xəbərlərin heç bir həqiqəti yoxdur”

Prezident Mətbuat Ofis bu gün verdiyi bəyanatda, Prezident B. Əsədin Rusiyanın Inter-Faks agentliki ilə heç bir müsahibə vermədiyini vurğulayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Prezident Mətbuat Ofisi, bildiriş yayımlayaraq, Rusiya Inter-Faks Agentliyi vasitəsilə Respublika Başçısı Bəşşar Əsəd cənabları adına iddia edilən bütün xəbərlərin heç bir həqiqəti olmadığını ifadə edib.

Ofis bu gün verdiyi bəyanatda, Prezident B. Əsədin qeyd olunan agentlik ilə heç bir müsahibə vermədiyini vurğulayıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır