Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Masallı dindarları “zon”lara bölünüb Masallı rayonunda şərlənərək həbs edilən dindarlar cəzaçəkmə müəssisələrinə bölünüb
Yanvar ayının 14 də 3 Saylı İstintaq Təcridxanasında məhkumların bölgü günü olub. Masallı rayonunda həbs olunan 7 dindar da həmən günü müxtəlif cəzaçəkmə müəssisələrinə bölünüb.
Masallı dindarları aşağıdakı cəzaçəkmə müəssisələrinə bölünüb:
1. İslamçı redaktor Quliyev Araz Faiq oğlu 14 saylı CÇM - ümumi rejimli Qaradağ rayonu, Qızıldaş kəndi
2. Kazımov Xalid Nofəl oğlu 6 saylı CÇM - ümumi rejimli Nizami rayonu, Böyük Şor kəndi
3. Tahirov Ziya İbrahim oğlu 5 saylı CÇM - ümumi rejimli Salyan rayonu, Xələc qəsəbəsi
4. Ağalı Rza Qorxmaz oğlu 14 saylı CÇM - ümumi rejimli Qaradağ rayonu, Qızıldaş kəndi
5. Ağayev Surac Valeh oğlu 5 saylı CÇM - ümumi rejimli Salyan rayonu, Xələc qəsəbəsi
6. Kişiyev Namiq Əlisa oğlu 5 saylı CÇM - ümumi rejimli Salyan rayonu, Xələc qəsəbəsi
7.Əliyev Nicat Yasər oğlu 16 saylı CÇM - ümumi rejimli Suraxanı rayonu, Ramana qəsəbəsi
Xatırladaq ki,Masallı dindarları və İslamçı Jurnalist Araz Quliyev ötən il sentyabr ayında Masallı rayonunda bədnam “evrovision2012” fəsad müsabiqəsinin mini forması olan beynəlxalq folklor festival çərçivəsində həyata keçirilən, Azərbaycan mintalitetinə uyğun olmayan, pozğun tədbirin pozulmasına cəhd göstərmək, dırnaqarası “dinc sakinlərə” və “polis əməkdaşına” xəsarət yetirmək ittihamı ilə ŞƏRLƏNƏRƏK tutulublar. İslamçı Jurnalist Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib. İslamçı jurnalist Araz Quliyev ona qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını bildirib, həbsinin jurnalist fəaliyyəti və dindar olması ilə izah edib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır