Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın Əhli Sünnə vəl Cəmaətin Fətva Heyətinin Sədri, Doktor Şeyx Məhdi əl-Səmidi Dahi İslam Peyğəmbəri Muhəmməd Mustəfa (səlləllahu əleyhi və alih) həzrətlərinin Böyük Milad Bayramında və Birlik Həftəsində Dünya Müsəlmanlarını bu bayramla təbrik edərək İslam Dünyasına düçar olmuş “təkfirçilər” haqda söz açaraq bildirib: “Özlərinin İslam Dininə bağlı olduğunu iddia edən bu şəxslər, azğın “xəvaric” düşüncəsini daşıyanlardır”.
O, daha sonra bütün Müsəlmanların İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Əxlaq və gözəl dəyərli rəftarları ilə özlərini zinətləndirmələrinə təkid edərək bildirib: “İslam Ümmətinin bütün üləması, Dini Şəxsiyyətlər, İslam Ümətinin Rəhbərlərindən daha da təqvalı olmalarını və Müsəlmanlar arasında baş verən bu qantökmələrə son qoyulmasında yardımçı olmalarını təmənna edirəm”.
Əhli Sünnə vəl Cəmaə Fətva Heyətinin sədri, daha sonra Vəhdət Həftəsi əyyamındakı fəaliyyətlərinə işarə edərək, əsasən Müsəlmanlar arasında İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) gözəl rəftarı və əxlaqı ilə bağlı maarifləndirmə işləri aparılmasının vacibliyinə toxunub.
Doktor Şeyx Məhdi əl-Səmidi daha sonra bildirib: “Vəhdət Həftəsi günlərində əsas vəzifəmiz məzhəblər arası qarşıdurma fitnəsinə son qoymaq və İraqda tökülən nahaqq qanların qarşısını almaq, sabitlik və əmin əmanlığı tez bir zamanda əl-Ənbar əyalətinə qaytarmaqdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır