12 yanvar 2014 - 20:30
Prezident Bəşşar Əsəd İslam Peyğəmbərinin Mövlud Bayramına Qatıldı + Foto

Cenevrə toplantısına işarə edən Naziri Əbdül Səttar əl Seyid, Suriya xalqının Prezidenti Bəşşar Əsədin rəhbərliyində nahaqq qanların axıdılmasına son qoyularaq, yenidən abadlığ işlərinin aparılmasına diqqət çəkərək deyib: “Dünyanın bütün millətləri Cenevredə toplansa belə, nəhayət Suriya xalqının istəkləri və ideallarından başqa heç bir şey həyata keçməyəcəkdir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Respublika başçısı Bəşşar Əsəd cənabları dünən Vəqflər Nazirliyinin Böyük İslam Peyğəməbri, həzrəti Muhəmməd ibn Əbdullahın (səlləllahu əleyhi və alih) milad bayramı münasibətiylə Dəməşqdə yerləşən əl Həmd Məscidində təşkil etdiyi Mövlud Bayramı mərasimində iştirak edib.

Mərasimdə Prezident B. Əsad Suriya Müftisi Şeyx Əbdül Fəttah Bəzminin imamətliyi ilə axşam namazını qılıb. Qurani Kərimdən ayələrlə başlayan dini mərasimdə Vəqflər Naziri Məhəmməd Əbdül Səttar əl Seyid Mövlud Bayramının dəyərləri haqda çıxış edib.

Böyük İslam Peyğəmbəri həzrəti Muhəmmədin (səlləllahu əleyhi və alih) müqəddəs dəvətinə diqqət çəkən Nazir Əbdül Səttar əl Seyid, bu müqəddəs dəvətin gerçək qanunlarını vurğulayaraq bildirib: “Böyük İslam Peyğəmbərinin müqəddəs dəvəti rəhmət, vəfa, qardaşlıq, qadın haqqlarına diqqətlə yanaşmaq, ədalət, yaxşılıq, xeyr və bərabərliklə birlikdə insanların qanlarını axıtmamaq təməllərinə söykənib”.

Vəqflər Naziri Əbdül Səttar əl Seyid, Böyük İslam Peyğəmbəri həzrəti Muhəmmədin (səlləllahu əleyhi və alih) və İslam dininin fərqli görüş və düşüncələrə sahib olması səbəbiylə başqalarını öldürən, təkfir edən ya da onlara qarşı terror aktları təşkil edənlərin həqiqi İslamdan çox uzaq olduğunu ifadə edib. O, həmçinin vətəninə xəyanət edənlərin, yaxud vətəni dağıtmaq və vətəndaşları öldürmək üçün təcavüzkarları gətirənlərin İslam diniylə heç bir əlaqələri olmadığını vurğulayıb.

Allah adı ilə vətəndaşları təkfir edən, günahsız insanları qətlə yetirib başlarını kəsən, infrastruktur və xidmət şəbəkələrini sabote edənlər, ha belə məzhəb davamçılarını təkfir edənlərin Uca Allahın qəzəbindən xilas olmamış öz aralarında qarşıdurmaya başladıqlarını diqqətə çəkən Seyid, daha sonra deyib: “Bütün “bunların” (admin: nəzərdə terrorçular tutulur) müxalifət adlandırmalarına baxmayaraq, bunlar Allahın əsil düşmənləridir”.

Vəqflər Naziri həmçinin Suriya xalqının vəhhabiliki, təkfirçiliki, radikallığı yaymağa çalışanlar və dünyanın hər yerindən təkfirçiləri gətirənlərlə heç bir əlaqəsi olmadığının vurğulayıb.

Cenevrə toplantısına işarə edən Naziri Əbdül Səttar əl Seyid, Suriya xalqının Prezidenti Bəşşar Əsədin rəhbərliyində nahaqq qanların axıdılmasına son qoyularaq, yenidən abadlığ işlərinin aparılmasına diqqət çəkərək deyib: “Dünyanın bütün millətləri Cenevredə toplansa belə, nəhayət Suriya xalqının istəkləri və ideallarından başqa heç bir şey həyata keçməyəcəkdir”.

Çıxışının sonunda Vəqflər Naziri, Suriya xalqının qorunmasıyla yanaşı Respublika başçısı cənab Bəşşar Əsədin müvəffəqiyyəti, Suriya Milli Ordusunun tam zəfər qazanması üçün Uca Allaha dua edib. Mövlud Bayramı Şeyx Əhməd Keftaro Assambleyasının Baş İnspektoru Şeyx Məhəmməd Şərif əl Savvafın dualarıyla sona çadıb.

Qeyd edək ki, Milad Bayramı Mərasimində Respublika Prezidenti Bəşşar Əsəd ilə birlikdə dövlətin, siyasi partiyaların səlahiyyətli nümayəndələri, xeyli sayda İslam üləması və izdihamlı xalq kütləsi iştirak edib.

Mərasimin sonunda Respublika başçısı Məsciddən çıxarkən, mərasimdə iştirak edən səlahiyyətlilər, din adamları və vətəndaşları təbrik edərək, xoş təsüratlar ilə ayrılıb.

20140112-231326.jpg

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır