Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Ali İslam Məclisinin- parlamentinin Spikeri, Seyyid Əmmar Həkim, İraq Dövlətinin beynəlxalq “əl-qaidə” terror təşkilatına qarşı hazırladığı hərbi əməliyyatlara bütün iraqlıların dəstək olmalarını vurğulayaraq, bildirib: “Bu gün, İraq xalqı, azğın təkfirçi yaraqlı ünsürlərinə qarşı aparılan həll edici və bu tezlikdə sona yetməyən müharibənin şahididirlər”.
Seyyid Əmmar Həkim daha sonra deyib: “Terrorçuluq, Suriyanın Hələb bölgəsindən tutmuş İraqın Fəllucə məntəqəsinə kimi genişlənməkdədir. Məntəqə ətrafındakı Ərəb ölkələri bilməlidirlər ki, bu solğun terrorçu gedişatın qarşısında sükut ixtiyar etmək, heç zaman onların xeyrinə tamamlanmayacaqdır.”
İraq Ali İslam Məclisinin- parlamentinin Spikeri, İraqda məzhəb qarşıdurması məsələsinin sona çatdığına işarə edərək, İraq xalqının bu imtahandan üzü ağ çıxdığını bildirərək, deyib: “Bütün Dünya tezliklə İraqda bəzi məntəqə ölkələri və kəşfiyyat orqanları tərəfindən idarə olunan azğın terrorçu hərakatlarının sona yetəcəyinə və İraq Hökümətinin böyük qələbə qazanacağına şahid olacaq”.
Seyyid Əmmar Həkim daha sonra İraq Ordusuna xitab edərək, bildirib: “Biz sizin ilə həmfikir və terrorçuluğa qarşı mübarizədə axıradək varıq. Hər zaman lazım bilsəniz, biz terrorçuluğa qarşı mübarizədə ön cəbhədə durmağa hazırıq”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır