5 yanvar 2014 - 20:30
Horadiz əməliyyatından 20 il ötür

Bu əməliyyatda Erməni işğalçıları bir ayda 500 əsgər və zabit itirmişdir

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dağlıq Qarabağ müharibəsində Azərbaycanın uğurlu əməliyyatlarından olan Horadiz döyüşündən 20 il keçir. 1994-cü ilin 5-6 yanvarında Milli Ordunun qrupları İran İslam Respublikasının silahlı Qüvvələri ilə sıx əməkdaşlıq nəticəsində əks-hücuma keçərək Horadiz qəsəbəsini və Füzuli rayonunun 20 kəndini azad edib. Döyüşdə Erməni işğalçı qüvvələri ağır itki verərək 25 kilometr geriyə atılıb.

6 yanvar 1994-cü ildə Azərbaycan ordusu ermənilərin Ağdam-Beyləqan istiqamətində hücumunun qarşısını alıb. Ciddi itki verən düşmən Aşağı Yağlıvənd, Kərimbəyli, Şükürbəyli kəndlərindən, həmçinin Horadiz qəsəbəsindən çıxıb. Azərbaycan Milli Ordusu İİR-Azərbaycan sərhədinin 40 kilometr hissəsində nəzarəti bərpa edib. 9 dekabr 1993-cü ildən 6 yanvar 1994-cü ilə kimi erməni işğalçı qüvvələri bu sahədə 500 əsgər və zabit, 32 tank, 7 PDM, 5 avtomobil, 10 qaubitsa və top, 6 minaatan itirib. Milli Ordu həmçinin iki tank əleyhinə “Şturm-S” kompleksi ələ keçirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır