2 yanvar 2014 - 20:30
İŞİD və Əl-Nusra Livana girir

Əl-Qaidəyə yaxın bir sələfi lider İŞİD (İraq Şam İslam Ordusu) və Nusra Cəbhəsi kimi üsyançı qrupların Livana girmə qərarı aldığını bildirdi. Adını açıqlamayan İordaniyalı bir sələfi lider İŞİD və Nusra cəbhəsinin Livana girərək ölkədə terror hücumları reallaşdıracağı xəbərini verdi.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İŞİD və Nusra Cəbhəsinə bağlı üsyançıların mücahid Hizbullah əsgərləriylə döyüşməyə cəsarət edə bilmədikləri aydındır. İnsanlıqdan nəsibini ala bilməmiş bu terrorçular yalnız bombalı hücumlarla sivil vətəndaşları hədəf ala bilər.